Qazilərimizlə görüş keçirildi.

Qazilərimizlə görüş keçirildi.

Yağan qar rəhmətin başlanğıcı olduğu kimi qazilərimizin vətən uğrunda fədakarlığı da xalqa endirilən rəhmətin başlanğıcıdır…
Ötən gün “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyimizdən dəvətimizi qəbul edərək süfrəmizə misafir olmaqla şərəf verən Nicat, Həciağa, Nurlan, Elmar, Cahid, Bəhruz, Elnur qazimizi sevgiylə qarşılayıb hər birinin döyüş zamanı olan xatirələri ilə tanış olmaq lütfü ilə zinətləndik.
Sevincimizi birgə bölüşərək çay süfrəsində birliyimizin sədri Yeganə Mirzəyeva ilə söhbət və dualar edildi.
İgidlərimizin gözləri vətən üçün can fəda məğrurluğu ilə par-par yanaraq “qəlblərdə sevgi yaratmağa gəldik!” deyir.
Qazilərlə bərabər onlarla əməkdaşlıq edərək əmanət balalar üçün hansı layihələr edilə bilər deyə müzakirələr apardıq, qazilərə onların ümidimiz və güvən yerimiz olduğunu bildirdik.
Sevgi dolu birliyimizin daimi olması duasıyla..
Qarşınızda baş əyirik, Azərbaycan igidləri!