Türkiyə Dəyanət Vəqfinin nümayəndələri ilə iftar süfrəsində bərabər olduq.

Türkiyə Dəyanət Vəqfinin nümayəndələri ilə iftar süfrəsində bərabər olduq.

Qardaş Türkiyədən Ramazan sovqatı.

Ötən gün əmanət ailələrimiz üçün təşkil etdiyimiz iftar proqramına Türkiyə səfirliyi Din Xidmətləri MüşavirliyiTürkiyə Dəyanət Vəqfi nümayəndələri qonaq buyurublar.

Türkiyə səfirliyi Din Xidmətləri və Türkiyə Dəyanət Vəqfi əmanət ailələrimiz üçün iftar süfrəsi də təşkil edib.

Qonaqlar tərəfindən “Möminlər ancaq qardaşdırlar” şüarı ilə Ramazan proqramına özəl 50 qida paketi əmanət ailələrimizə təqdim edilib.

Türkiyə səfirliyi Din Xidmətləri müşaviri İhsan Açık Türkiyə-Azərbaycan qardaşlığından söhbət açıb, Ramazanla bağlı içdən dualarını paylaşıb. Türkiyə Dəyanət Vəqfi nümayəndələri Sinan Akdaş, Murat Arı, Osman Çarpar, Gazi Taş, Enes Yasin Bay, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu da tədbirdə iştirak ediblər.

Türkiyə Səfirliyi Din Xidmətləri və Türkiyə Dəyanət Vəqfinə göstərdikləri dəstək, diqqət və qayğı üçün təşəkkür edirik.