“Oxu yoldur” kitabının təqdimatı keçirildi.

“Oxu yoldur” kitabının təqdimatı keçirildi.

“Oxu yoldur” kitabının təqdimatı keçirilib.

“Cığır” MDİD İB təsisçisi, BDU İslamşünaslıq ETM aparıcı elmi işçisi Yeganə Mirzəyevanın müəllifi olduğu və Ramazan düşüncələrini əks etdirən “Oxu yoldur” adlı kitabı ilə oxucularının görüşünə gəlib. 

Görüşdə Yeganə Mirzəyeva oxucuları ilə səmimi söhbət apararaq kitabla bağlı ən səmimi duyğu və düşüncələrini paylaşıb, dinləyicilərin çoxsaylı suallarını cavablayıb.

Yeganə xanım müsəlmanları təfəkkür və oxuya səsləyən Ramazan ayının mahiyyət və dəyərini vurğulamağa çalışdığı bu kitabın oxucuların qəlbində toxum əkəcəyinə ümid və dua etdiyi diqqətə çatdırıb.

Biz də “Cığır” ailəsi olaraq Yeganə xanımı “Oxu yoldur” kitabı ilə cəmiyyətə verdiyi töhfədən dolayı təbrik edir, qələminə bərəkət dua edirik.