“Cığır” İB könüllüləri ilə birgə 6 ay müddətində həyata keçirdiyi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi artıq böyük bir həyəcan, çoşqu ilə bağlanış tədbirinə hazırlaşır.
Açdığımız yeni cığırda daha çox gəncin oxunun sehri, gücü, insana qazandırdıqları ilə tanış olması üçün könüllü heyətimizlə gecə-gündüz çalışdıq və nəticəmizin də gözəl olması üçün bu çalışmalarımızı sürətlə davam etdiririk.
Layihə boyu mütaliələrimiz bir çox bölgələrdə həyata keçirildi, bir çox işlər yerinə yetirildi. Bu işlərin qiymətləndirilməsi, möhtəşəm bağlanış tədbirinə yekun hazırlıqların həyat keçirilməsi üçün könüllülərimiz ilə birgə workshop həyata keçirdik.
Workshopda layihənin indiyə qədər izlədiyi yol, gəlinən nəticələr müzakirə olundu. Əsas müzakirə mövzularımızdan biri də layihədə iştirak edən gənc və yeniyetmələrimizin layihə boyu qazanclarının qiymətləndirilməsi yönündə keçiriləcək müsabiqələrin əsas istiqamətlərinin müəyyənləşdirilməsi oldu.
Mütaliələrimizin gənclər və yeniyetmələrdə hansı yeniliklər, fərqliliklər qazandırdığını müəyyən etmək üçün onların oxu, təhsil, bədii kitablar, eyni zamanda birlikdə mütaliə etdiyimiz “Pinokkionun macəraları” kitabının onlarda yaratdığı təəssüratlar barədə yazdıqları esselərin qiymətləndirilməsi məsələsi də vörkşopda könüllülərimizin birgə həllinə çalışdığı məsələlərdən idi.
“Oxu” layihəsinin aktiv könüllülərinin növbəti workshopunu da sizinlə bölüşəcəyik.