“Oxu” layihəsi çərçivəsində əmanətlərimizlə görüşdük.

“Oxu” layihəsi çərçivəsində əmanətlərimizlə görüşdük.

“Cığır” MDİD İB tərəfindən həyata keçirilən “Oxu” layihəsi gənclərin kitab sevgisini artırmağa, onları kitablarla dost etməyə davam edir.
Layihə bir çox istiqamətlərdə öz fəaliyyətini davam etdirir. Layihənin əsas məqsədlərindən biri də Azərbaycanın bir çox bölgəsində əmanətlər ilə görüşüb,onlarla kitab müzakirəsi həyata keçirmək, kitab sevgisini Azərbaycanın hər bir bölgəsində formalaşdırmaqdır.
Könüllülər Masallı, Astara və Biləsuvarda yaşayan əmanətlər ilə görüş həyata keçirdi. Görüş zamanı 14 ailəyə ziyarət edildi və layihə çərçivəsində 23 uşağa kitab, qeyd dəftəri və əlfəcin hədiyyə olundu. Lev Tolstoyun, Çingiz Aytmatovun, Artur Konan Doylun hekayələr silsiləsi, Mark Tven “Şəhzadə və Dilənçi”, Anna Syuel “Qara köhlən”, K.S.Luis “Aslan, cadugər və sehrli şkaf” və “Libra” nəşriyyat evinin bir çox hekayə kitabları və s. nəşriyyatlara məxsus kitablar hədiyyə edildi
Könüllülər əmanətlər ilə birgə kitab mütaliəsi həyata keçirdi, kitablarla bağlı maraqlı fikirlər səsləndirildi. Hər bir kitab bir xəzinənin kəşf edilməsidir. “Oxu” layihəsi ilə könüllülərimiz xəzinələrin kəşf edilməsində böyük şövqlə çalışır.