“Oxu evi”ndə 28 may Respublika günü ilə əlaqədar tədbir təşkil olundu.

“Oxu evi”ndə 28 may Respublika günü ilə əlaqədar tədbir təşkil olundu.

28 may Respublika günü ilə əlaqədar “Cığır” MDİD İB “Oxu evi”ndə təşkil olunan tədbirdə uşaqların çıxışları çox ürəkaçan idi. Vətənpərvərlik, milli -mənəvi dəyərlər, vətən sevgisi mövzusunda çıxışlar oldu.
“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAĞI” daim ucalarda tutmağı söz verdi kiçik yaşlı böyük qəlblər.
Eyni zamanda Ramazan ayı münasibətilə də uşaqların əl işləri, düşüncələri bayrama bayram qatdı. Bayram əhval-ruhiyyəli bu görüşümüz ümidvarıq ki, uşaqların mənəviyyatında gözəl izlər qoydu.

Leave a Reply