“Övladıma məktub” kitabının təqdimatı baş tutdu

“Övladıma məktub” kitabının təqdimatı baş tutdu

Qadın anadır, dostdur, qoruyucudur, ocaqdır, qayğıdır, özünǝ hörmətin qaynağıdır, şəfqətdir, mərhəmətin təcǝllisidir, insanın dünyaya ilk qapısıdır…
“Övladıma məktub”

19 noyabr tarixində Birliyimizin Gəncliyə Yardım Fondunun konfrans zalında “Övladıma məktub” kitabının təqdimatı baş tutdu.

Təqdimatda anaların qəlblərindən qələmlərinə övladları üçün enən söz mirası iştirakçılar üçün səsləndirildi.

Anaların, əmanətlərin, könüllülərin, xeyirsevər insanların iştirakı ilə baş tutan təqdimatda qəlbdən gözlərə süzülən yaşlar, xoşbəxtlikdən dodaqlar arasına sığan sözlər xatirələrimizdə dəyərli iz qoydu.

Qonaqlarımız “Libra” nəşriyyatı rəhbəri Veysəl Məmmədov, rəssam Lalə Hüseynova, memar Qumru Mirzəliyeva ,ADU psixologiya müəllimi Könül Babayeva, yazıçı Ülviyyə Tahir tədbir iştirakçılarına, səbəbkarlara minnətdarlıqlarını bildirdilər. 
Övladlarına məktub yazan bir çox dəyərli analarımız artıq ana olmaqla yanaşı həm də layihə rəhbəri, cəmiyyət çırağı, dəyərlər carçısıdır.

Xoşbəxtik və bu anlara şahid olduğumuz üçün çox minnətdarıq. İllər öncə sosial bağ qurmağa qorxan, insanlardan çəkinən və tənhalığı seçən analar bu gün cəmiyyət üçün faydalı olmaq adına gücünü, potensialını, bacarıqlarını ortaya qoyan və artıq dəyərini qiymətləndirə bilən xanımlardır.

Əziz həmvətənlər! Bu gözəl insanların qəlbini qazanmaqda onlara işıq olmaqda bizimlə birlikdə olduğunuz və inandığınız üçün sizə təşəkkür edirik!