Növbəti “Dəvət-i Füzuli” görüşü keçirildi.

Növbəti “Dəvət-i Füzuli” görüşü keçirildi.

“Dəvət-i Füzuli” görüşümüz digər görüşlərimizdəki kimi cazibəli, maarifləndirici olduğu kimi eyni zamanda insanı təfəkkür etməyə təşviq edici oldu. Təfəkkürün həqiqətən ruhun qanadlarından olduğuna şahid oldu məclis əhli.

Elm yolu suallarla, hikmət isə müşahidə ilə mənimsənilir. Hikmətə varmaq üçün sual vermək olmaz, amma elmi idrak üçün çoxlu suallar gərəkir.

Elim bir ruhdur ki, qoca mürşid öz nəfəsinin feyzindən

Tələb əhlinin ölü bədənlərinə gətirər.

Tələb əhlinin həyatı mürşidin nəfəsi feyzindədir.

Buna görədir ki deyirlər: “Nəfəsin canı vardır”.

Məhəmməd Füzuli

İnsan küllü aləmin qibləsidir- demiş Nəsimi. Hər insanın yaradılış xətti var, həyatı da kitabının səhifələrində xəttatlıq sənətidir. Yaradılış xəttinin məzmununu dərk etmək üçün xətadan ibrət almalıyıq. Şüur, iradə, fərasəti öyrənmək xətalarla mümkün.

Rəssam fırçasından düşən boya kimi…

Rəssamın o boyayla yeni rəsm çəkməyə başlaması kimi… Xəta həyat kətanında bir naxışa dönüşür.