“Nizami – Maarif Cığırı” görüşləri davam edir.

“Nizami – Maarif Cığırı” görüşləri davam edir.

“Nizami – Maarif Cığırı” görüşlərinin növbəti müzakirəsi bu dəfə aşağıdakı beyt üzərində quruldu:
“Bu dillərin sözünü sən özün al qələmə,
Sənə borclu qalmasın qələm çək bu aləmə.”
Görüş zamanı sözün qüdrəti, qələmin məsuliyyəti və yazının insanın mənəvi dünyasında formalaşan iradəsi haqqında təfəkkür etdik. Quran ayələrinə müraciət edilərək gözəl sözün insanı ucaltdığı, pis sözün isə kökündən qoparılmış ağac kimi dayaqsız və bərəkətsiz olduğu vurğulandı.
Nizaminin hikmətindən ilham alaraq bir daha anladıq ki, insanın qələmindən çıxan hər söz həm məsuliyyət, həm də gələcəyə qoyulan mənəvi izdir.