İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağac əkmə layihəsində iştirak etdik.

İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağac əkmə layihəsində iştirak etdik.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.
Ağac tingləri ETSN-nin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin ting sahələrində yetişdirilib.
Ağac əkma kampaniyası böyük şairimizin beynəlxalq aləmdə poeziya təbliğinə, ölkəmizdə yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühiti sağlamlaşdırmaq naminə həmrəylik göstərməsinə xidmət edir.
“Nəsimi- 650 illiyi” ilə bağlı bir çox mədəni-maarif layihələrinə imza atmış “Cığır” MDİD İB olaraq əmanətlərimizlə birlikdə bu təşəbbüsə öz tövhəmizi qatmağa tələsdik.