“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi çərçivəsində məktəblilərlə seminarlar keçirilib.

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi çərçivəsində məktəblilərlə seminarlar keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan “Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi çərçivəsində Bakı şəhəri 20, 22 və 71 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici seminarlar təşkil edilib.

Görüşlər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İslamşünaslıq ETM-nin aparıcı elmi işçisi Yeganə Mirzəyeva tərəfindən aparılıb. Seminarların keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlər haqqında anlayış formalaşdırmaq, bu dəyərlərin gündəlik həyat və sosial münasibətlərdəki rolunu izah etmək və onların qorunmasına dair məsuliyyət hissini inkişaf etdirmək olub.

Proqram çərçivəsində, həmçinin Birliyimizin könüllü psixoloqları tərəfindən mövzuya uyğun maraqlı və interaktiv fəaliyyətlər də təşkil olunub. İnteraktiv oyunlar məktəblilərin mövzunu daha dərindən mənimsəməsinə və fərqindəlik qazanmasına kömək məqsədi daşıyıb.

Məktəblərdə görüşlərin keçirilməsi üçün yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə, eləcə də sözügedən məktəblərin rəhbərliklərinə təşəkkürümüzü bildiririk!