Mərkəzimizdə kulturologiya mövzusunda təlim keçirildi.

Mərkəzimizdə kulturologiya mövzusunda təlim keçirildi.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının, eləcə də “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri Fuad Məmmədov Birliyimizin qonağı oldu.
Təşkil olunan görüşdə Fuad bəy kulturologiya sahəsində dəyərli bilik və təcrübələrini gənclərimizlə paylaşdı. Onlarla birlikdə “Mədəniyyət nədir?”, “Mədəni insan necə olur?” və “Yüksək mədəniyyətli insan kimdir?” anlayışları ətrafında müzakirələr aparıldı.
Fuad bəyə həyata keçirilən bu görüş üçün təşəkkürümüzü bildiririk!