“Mənim qəhrəmanım” layihəsində bir araya gələn qazimiz Şahin Rəhimov və əmanətimiz Məhəmməd Aslanovun söhbətini izləyicilərimizə təqdim edirik.
Özü əmanət böyüyən qazimiz Şahin Rəhimov Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Xocavəndin azadlığı uğrunda vuruşub. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan qazimiz 5 övlad atasıdır.
11-ci sinif şagirdi olan Məhəmməd Aslanov artıq 6 ildir ki, “Cığır” ailəmizin bir üzvüdür və “Kitab ətri” layihəsinin 3 dəfə qalibi olmuş əmanətimizdir. 2021-ci il “Kitab ətri” layihəsində 3-cü dəfə qalib olan Məhəmməd öz hədiyyəsindən imtina edərək birinciliyi digər yoldaşlarına ötürür.
Layihədə bir araya gələn əmanətimiz və qazimiz həyat, gələcək və müharibə haqqında dərin söhbət apardılar.
Layihənin əsas məqsədi atası dünyasını dəyişmiş uşaqlarla Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərimiz arasında mənəvi bağlar qurmaq, qazilərimizə dəyərimizi ifadə etməkdir.