Ata himayəsindən məhrum abituriyent əmanətlərimizə təhsil təqaüdü verməyi hədəfləyən “Mənim məqsədim-2023” layihəsinin l mərhələsini həyata keçirdik. Layihənin əsas məqsədləri abituriyentləri birliyimiz ilə daha yaxından tanış etmək, onlarda sağlam təfəkkür və həyat tərzi, sosial məsuliyyət və fərqindəlik hissi formalaşdırmaqdır.
Pedaqoq, psixoloq və könüllü tələbə heyəti tərəfindən tərtib edilən 2 günlük proqram çərçivəsində əmanət abituriyentlərimiz birliyin əsas layihələri ilə yaxından tanış edildi və onlara layihənin məqsədini özündə əks etdirən təqdimat, vörkşop və terapiyalar həyata keçirildi.
Daha sonra isə əmanətlərimiz ilə birgə Bakı gəzintisi təşkil olundu. Əmanətlərimiz “Mülk” ilk sosial sahibkarlıq mağazasında hazırlanan xüsusi səbətlərlə qrup halında Bakının müxtəlif səmtlərində könüllülərimizlə birgə satışlar həyata keçirdilər.
Proqram sonunda aktivliyi, potensialı, bacarığı ilə seçilən əmanətlər təhsil təqaüdü ilə təmin ediləcək.
Parlaq gələcəyimiz naminə əmanətlərimizə birlikdə dəstək olaq.