Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa. (Nizami Gəncəvi)
Mərifət insanın əxlaqının təməl daşıdır.
Uşaqlarımız ilə mərifət dərslərimiz öz axarı ilə davam edir. Hər görüşümüzdə uşaqlarla bərabər kəşfiyyata çıxır və bu kəşfiyyat yolunda öyrəndiklərimizi bir-birimizlə bölüşərək təfəkkür cığırımızı zənginləşdiririk. Bugünki dərsimizdə “qısqanclıq” və onun insana buraxdığı mənfi cəhətlərindən danışdıq. Qısqanclığın yaxşı hal olmadığını və bu haldan çalışdığımız qədər qorunmağı uşaqlara tövsiyə etdik.