“Qurandan məktub var – 7”

“Qurandan məktub var – 7”

“And olsun əncirə və zeytuna!…
…Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq”. Tin surəsi 1/4

Bildiyiniz kimi, Quranda Rəbbimiz bir şeyə and verirsə, bu həmin məsələyə diqqət çəkmək və üzərində düşünmək üçündür.

Bəs niyə məhz əncirə və zeytuna işarə edir?

Gəlin zeytun və ənciri birlikdə tanımağa çalışaq.

  • Zeytun

Zeytun dünyada bilinən ən qədim becərilən ağaclardandır və vətəni Kiçik Asiyadır.
Zeytun ağacı 1000-3000 il yaşaya bilər.

Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10-12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü-parlaq, kənarları burulmuş halda olur.

Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Meyvələrinin lət hissəsində 70%-ə qədər, toxumunda isə 25 – 30% əla keyfiyyətli piyli yağ vardır. Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.

  • Zeytunun faydaları

Sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, radikallara qarşı müqavimət yaradaraq orqanizmin qocalma prosesini əngəlləyir.
Zeytunun hətta tumu və yarpağı da faydalıdır. Yarpağından dəmlənən çayın antibiotik təsiri var və soyuqdəyməni yaxşılaşdırır, təzyiqi salır. Çiçəyindən isə koloniya hazırlanır.

  • Əncir

Əncir subtrоpik mеyvə аğаcıdır. Hündürlüyü 10-15 m-ə çatаn аğаc və bəzən kоlşəkillidir.
Yer üzündə 750-dən çox əncir növü olduğu söylənilir. Yаrpаqlаrı kələ-kötür, аz və yа çох yаrılmış, budаq üzərində növbəli düzülüşlüdür.
İstisevən və quraqlığadavamlı bitkidir.

  • Əncirin faydaları

Əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.
Xərçəngin və alzaymrın riskini azaldır. Ürək dostudur və saç-dəri, sümük, əzələ sisteminə faydalıdır.

Bilirdinizmi ki, əncir ümid verir?!

Vulkanik yerlərdə qurumuş lavalar arasında ilk yetişən əncirdir və o başqa bitkilərin yetişməsi üçün yol açır.
Öz işığı ilə digər cığırları aydınladır.

Məhv olan meşələri yenidən bərpa etmək və ağacların yetişməsini sürətləndirmək üçün əvvəlcə əncir əkilir. İlk olmaq çətindir, əncir isə bu vəzifəni öhdələnir. İlk olmaq nə demək?
Sənin vəzifən, məsuliyyətin, öhdəliyin var demək.
Özündən sonra gələnlərə xeyirli, mübarək, faydalı nemət qoymaq demək.

İlk olmaq cəsarət etmək demək. Deməli, əncir bizə cəsarəti öyrədir.

Məsuliyyətin simgəsi, düşdüyü mühiti münbitləşdirən əncir könül bağı qurduğumuz qəlblərin torpağını “münbitləşdir”-deyə mesaj verir bizlərə…

Hər şeyi ilə faydalı olmaq nümunəsi…
İnsanoğlunun ümdə məqsədi faydalı olmaq deyilmi?

Faydalı olmağın sirrinə varmışlar, nədir faydalılıq?
Sağlam ruhlar yetişdirə bilmək.

Çətinlikdə yetişib meyvə olan əncir və zeytun. Sıxıntılarda yetişə bilməyimi öyrədir bizlərə?

İnşirahı yaşamış onlar.

Zeytun və əncirdən dostluq və yoldaşlıq dərsi

Bu ikili birlikdəliyin bərəkətini yayırlar aləmə. Necə?
Əncirlə zeytun birlikdə əkilir. Əncir zeytuna dost olur, onun yetişməsinə kömək edir.

Cəmliyin nişanəsi deyilmi bu?! Cəmlikdən bərəkət doğar.

Dost axtarır insan cəm olmaq üçün, bərəkəti meyvəsiz ruhlara yaya bilmək üçün.

Çünki insanoğlu da bilir, bilir ki, biz birlikdə güclüyük, sevgimizlə, ümidimizlə, haqq yol üçün döyünən qəlbimizlə güclüyük!

Yayın istisində, qışın soyuğunda həmişəyaşıllığı ilə bizə problemlərə qarşı mübariz olmağı və səbir göstərməyi öyrədir.

Əncir, zeytun kimi faydalılıq yaymaq ümidi ilə…