Yusif surəsi özündə saysız-hesabsız ibrətləri gizləmişdir. Bu gün toxunacağımız məqam “Yusifin 3 köynəyi” hissəsi olacaqdır. Yusif surəsində 3 fərqli köynəkdən söhbət açılıb:
1. Saxta qanlı köynək
2. Arxadan yırtılmış köynək
3. Yusif qoxulu köynək
Bu köynəklərin bizlərə verdiyi mesajlara birlikdə nəzər salaq.
1. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18)
Uşaqlıq dövrünün məzmunu qanlı köynək-məsumiyyət, məğduriyyət, məzlumiyyət köynəyi
Qardaşlar Yusifin köynəyini üzərindən çıxarmaqla əslində öz üzərlərindəki şəfqət və mərhəmət hissini soyunurlar. Quyuya atılan Yusif deyil, öz şəfqət və mərhəmətləridir.
Yusifin köynəyi əslində haqqın qarşısında zahirin incəliyini, yəni dayanaqsızlığını göstərir.
Zahirən kirlənmiş bir görüntü ilə həqiqətin üstünü örtmək istəyənlər ola bilər.
Köynək nazik bir parçadır.
Haqqı pərdələmək, haqqın üstün örtmək istəyirlər sanki köynəklə. Nəfsimizin özünü haqlı çıxarması üçün pərdələdiyi həqiqət.
Nəfs qəlbin üstünü örtür sanki köynəklə.
Qanlı köynək Yusifin məsumiyyətini anlatdığı halda qardaşlarının hiyləsini, həsədini bildirir. Köynək kiminə görə şərdir, kiminə görə xeyirdir.
Haqqın üzərini örtmək və atalarını inandırmaq üçün qardaşlar qurdun Yusifi parçaladığı yalanını söylədilər. Əslində isə bu haqqın sübutu oldu Yaquba.
2. Yusif dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. (Yusif surəsi, 26,27)
Dəliqanlılıq/gənclik dövrünün məzmunu arxası cırıq köynək- iffət, ismət, ixlas köynəyi
Züleyxa əslində öz üzərindəki iffət duyğusunu soyunur. Nəfsin onu idarə etməsinə izin verir .
Nəfsini pislikdən uzaq tutmaq istəyirsənsə onun hər daim pisliyə yaxın olduğunu qəbullanmağın lazımdır.
O aldadıcı zahiri aldadanın deyil, haqqın və ədalətin gör dediyi yerdən yırtarsaq bu bizə bəsirət və fərasət qazandırar.
Arxadan cırılma nəyi simvolizə edir?
Haqq öndən, batil arxadan.
Günahsızlıq, nəfsə uymamaq.
Nəfs sanki arxa planda qalır.
Əslində köynək bizdən asılıdır, necə istifadə edirik.
Biz o köynəklə haqqın üzünü bağlaya da bilərik, haqqı sübut edə və haqqa şahid də ola bilərik.
Dünya həyatından üz döndərənlərin köynəyi Hz. Yusif kimi arxadan cırılır.
Yusifin köynəyi təqva köynəyi idi.
Təqvamız köynəyimizdir. Səbrimiz köynəyimizdir.
Köynək qoruyucu qalxanımızdır, bizi nəfsdən, şərdən qoruyur.
Köynək arxadan cırılır, haqq isə həmişə aydınlıq olur.
Köynək öndən cırılsa nəfs qəlbə hakim olar.
3. ” Bu köynəyimi aparıb atamın üzünə qoyun, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Müjdəçi gəlib köynəyi onun üzünə qoyan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?” (Yusif surəsi, 93-96)
Kamillik, yetişkinlik dövrünə işarə edən Yusif qoxulu köynək- iqtidar, istiqrar, istiqamət köynəyi
Yusif özünü çıxarır əslində bu köynəklə. Yusifin üzərindən çıxarılan köynəklə qardaşların mərhəmət, şəfqət duyğusu çıxarılmışdı. Yusif özünü ortalığa çıxarmaqla qardaşların o mərhəmət, şəfqət duyğusunu üzərlərinə geyindirir.
Qardaşları peşman olur, nəfsləri ilə üz-üzə gəlir.
Peşmanlıq, mərhəmət və bağışlanmağı çağıran dəvətçidir.
Gözlərimizi açacaq o şəfalı köynək nədir?
Səbir, inam və saf niyyət.
Sənin köynəyin də şəfa ola bilər. Sən özün də qəlblərə, ruhlara şəfa ola bilərsən.