“Qurandan məktub var – 24”

“Qurandan məktub var – 24”

“And olsun tövşüyə-tövşüyə qaçan atlara!” (Adiyat surəsi, 1)

Gəlin əvvəlcə atlar haqqında elmi izaha nəzər yetirək.

Atlar öz xüsusiyyətləri, quruluşu ilə fərqlənən heyrətamiz heyvanlardan biridir.

At- (Adun, Avdu və s ) sözünə etimoloji cəhətdən baxsaq  sürət, hərəkət, getmək, tullanmaq kimi məna verib. Həm də “Ad (isim)” kəlməsi ilə də bağlıdır. Belə ki, at Türk ellərində bir insanın kimliyi/şəxsiyyəti kimi idi.

Onlar doğuşdan bir neçə saat sonra qaçmağa və ayaq üstə yatmağa başlaya bilərlər. Atların çox yaxşı inkişaf etmiş duyğu orqanları var. Onlar insanların eşidə bilməyəcəkləri səsləri rahatlıqla duyurlar, onlar ən kiçik səsi nəinki eşitməyə, hətta onu gücləndirməyə qadirdir.

Bir çox heyvanlardan fərqli olaraq atlar ətrafı rəngli çalarlarla görə bilirlər. Lakin qırmızı və göy rəng atlar üçün də görünməz olaraq qalır. Onların dırnaqları ən incə duyğu orqanlarından hesab edilməklə yanaşı həmçinin atların qan dövranında da mühüm rol oynayır.

Onların tükləri istilik vermə vəzifəsini görür. Bu temperaturun qorunması üçün soyuq qış günlərində atın tükləri uzanır, isti mövsümlərdə isə tökülür və bədən istiliyinin sabit qalmasını təmin edir.
Qədim Türk, Moğol və Altay  xalq əfsanələrində atların küləkdən yaradıldığına inanılır. Beləcə küləyin güc və sürəti ata keçmişdir.

Atlar ayaqüstü yatır?

Əslində bilinənin əksinə, atlar ayaqda yatmır, sadəcə mürgüləyir, dincəlir. Atlar etibarlı və güvənli hiss edən vaxt sadəcə dərin yuxuya – REM yuxusana keçəndə  ayaqların bükərək yatırlar. Bunun səbəbi isə fiziki cəhətdən böyük heyvan olmaqları və uzanarkən daxili orqanlarının sıxılaraq nəfəs almaqda çətinlik yaratmağıdır.

Gənc atlar hər saatın 15 dəqiqəsini, günün 6 saatını yataraq keçirirlər. Tay və köhlənlər 12 saat, yetişkinləri isə gündə sadəcə 3 saat yatır.

Buradan belə anlaya bilərik ki, insan da yetişkinlik dövründə az yatmalı, çox fayda verməlidir insanlığa.

Quranda bir sıra ayələr var ki, Allah nəyinsə üzərinə əmin edir, and içir. Burada əsas məqsəd and içilən şeyə diqqət çəkməkdir. And verilən şeylərdə ağıl sahibləri üçün bir işarə, dəlil var.

Atlar sədaqət rəmzidir.
Sədaqət sağlam, güclü və içdən bağlılıqdır.

Sədaqəti ilə sədəqə verir atlar sanki.
Yaradanına təşəkkür edir, sahibinə sadiq olur. Nemətinin şükrünü isə sanki insanlara fayda verməklə verir.

Tövşüyə-tövşüyə qaçan atlar sahibinə təşəkkür edir bütün ruhu ilə. Şükrünü əməlində yaşayır. Tələsir sahibinin istəyini yerinə yetirməyə, tələsir xeyrə.

Atlar etdikləri yaxşılıqları içdən edərlər. Sidq ürəklə təslim olar.
Salama tələsir atlar.
Bəs insanoğlu hara tələsir?

Qarşılıq gözləmədən fayda verə bilmək atın ən gözəl xüsusiyyətlərindəndir.
İnsanlığa faydalı olmaq adına çalışarkən əvvəlcə özümüzə fayda yağdırırıq.

At sevməyi bacarır.
Sevməsə idi dost olmağı bacarmazdı Adəm ilə.

Atlar əzmkardırlar.
İnsanoğluna niyyətində qəti, iradə sahibi və məqsədi olmağı öyrədir.

Ayədə “tövşümək” feili qeyd olunur.
Tövşüyəndə, yəni təngi nəfəs olanda belə atlar dayanmır.
Yorulduğunu bəlli etmir.

İnsan atı ram edə biləndə uzun məsafələr qət edir. Bu bizim nəfsimizin fatehi olmağımıza bənzər. Atı tərbiyə etmək nəfsi tərbiyə etməkdir.

Atlar rabitəçidir.
Minik vasitəsi olmaq rabitəni yaratmaqdır.

Qəlbdən qəlbə gedən yolda atlar misali rabitə quraq.

Yardımsevər atlar

Atlar yük daşıyaraq xeyirxahlıq etmək duyğularını təmin edirlər.
Öz ağırlığı ilə bərabər başqalarının yükünü daşıyır.

Bir nəzər edək indi özümüzə.
Heç əl uzada bilmişikmi yıxılan bir kəsə? Çiyinlərindən tutaraq qaldırmışıqmı?

Hiss edə bilmək necə də çətindir. Hər qoxu, hər səs nələri pıçıldayır onlara?

Atların ayaq səsi sanki zəngli saatdır. Bədən çəkiləri çox ağırdır, hətta 1 ton olan bilir, amma ayağını yerə basanda çıxardığı səs…
Oyadır…
Çağırır…

Qatarın gedişinə oxşar səs.
Və ayağının hər taqqıltısı belə pıçıldayır: “Ömür qatarın gedir, əziz dost. Özünü tap!”