“… və hər bir canlını sudan yaratdığımızı görmədilərmi?! Hələ də iman gətirmirlərmi?” (Ənbiya, 30)
Su nədir ki, canlılar aləmi ondan xəlq edilib?
Suyun hansı xüsusiyyətlərə malik olduğunu heç düşündünüzmü?
Suda insan üçün hansi ibrətlər və dərslər var?
Su – yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardakı mayelərin əsas hissəsini əmələ gətirən şəffaf və rəngsizə yaxın kimyəvi maddə.
Kimyəvi formulu H2O şəklindədir. Rəngsiz, dadsız və iysiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur.
Su həyatdır.
Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır.
Əgər elə olmasa idi nə baş verərdi?
Dənizlərdə, okeanlarda buz suya batardı, aysberqlər suyun dibində olub, suyu hərəkətsiz hala gətirərdi. Suda canlılar yaşaya bilməzdi.
Su necə yaranıb?
Su 2 mol hidrogen qazı ilə 1 mol oksigen qazının temperaturun təsiri ilə reaksiyasından alınır. Amma yer kürəsində bu qədər istilik yoxdur, hətta günəşdə belə suyun yaranması üçün kifayət edəcək temperatur yoxdur.
Dünyanın suyu daimi dövrə halındadır.
Əgər su olmasa, suya qənaət etməsək biz necə yaşaya bilərik? Axı suyu kimyəvi reaksiya ilə almaq mümkün deyil.
Saniyədə bir damla su axan bir krantdan ildə 11356,2 litr axır.
Ortalama bir krantdan dəqiqədə 1,8 litr su axdığı üçün, hər səhər dişlərinizi fırçalayarkən krantı bağlayaraq 3.2 litr su qənaət edə bilərsiniz.
Yer üzündə təxminən 332 milyon kubmetr su olsa da, dünya suyunun yalnız 3%-i insan istifadəsi üçün uyğundur.
Dünyadakı suyun 97%-i duzludur.
Planetimizin atmosferindəki bütün su buxarları eyni vaxtda suya çevrilib yer üzünə bərabər şəkildə yayılsa idi, yer üzü yalnız bir sm (santimetr) su ilə əhatə olunacaqdı.
Dünyada 748 milyon insan yaxşı içməli su mənbəyindən istifadə edə bilmir.
İnsan və su
Su oksigendən sonra insan həyatında ən vacib yerə sahib olan maddədir.
Bədəndəki suyun tutulması vazopressin adlı bir hormon tərəfindən təmin edilir.
İnsan bədənindəki əzələ toxumalarında yağ toxumalarına nisbətən daha çox su var.
Bədənimizdəki suyun 2/3 hissəsi hüceyrələrin içində, qalan hissəsi damarlarda, toxumalarda, həzm sistemi və bədən boşluqlarında olur.
Bir çox həyati funksiyası olan bədən mayelərinin əksəriyyəti sudur.
İnsan orqanizmində maddələr mübadiləsi suyun vasitəsi ilə toxumalara və hüceyrələrə çatdırılır.
“Göylər və Yer bitişik ikən”–demək ki, göylər və yer olmamışdan qabaq su mövcud imiş və bundan da bu nəticəyə gəlmək olar ki, su bütün kainatı, informasiyanı özündə daşıyır.
“Hər bir canlını sudan yaratdıq”–canlı olması, həyatın var olması üçün ən təməl şey sudur, bəşər övladı kainat və sudan yaranıbsa insan da kainat informasiyasını özündə saxlayır, yəni su həyatın özüdür.
Su Səbrdir.
Suyun ən önəmli qanunu sənin səbr etmən sayəsində işləməyə başlar.
Səbr etmək nədir?
Sən səbri fəlakətə qarşı sakit durub dayanmaqmı sanırsan?
Halbuki səbr su kimi qarşına çıxan maneəni aramla çözməkdir.
Səbr etmək Allahdan başqasına heç bir şey istəməmə nöqtəsindən əmin və tərəddüdsüz bir anda Rəbbə bağlanmaqdır.
Su səbrlə daşı yarır və keçir, su özünə yol açır, çıxmaq üçün çarə axtarır, səbr edir.
Getdiyi yolda daş varsa səbrlə onu əridib keçəcək, keçməyə mütləq yol tapacaq. Su bu gün başına gələnə razıdır və bilir ki, bu onun üçündür. Bu ona axtarmağı, həlim olmağı, faydalı olmağı- hər şeyi öyrədəcək.
Ana bətnində suyun içərisindən dünyaya gələn insan, bir daha su ilə əhatə olunur. Allah suyu əziz qılıb və əziz qıldığını bizim bədənimizə yerləşdirib. Bədənimizdəki sular bütün hüceyrələrimizi, toxumalarımızı əhatə edir. Yəni hiss etdiyimiz hər şey bədənimizdəki sudadır və bizlər suya uyğun xüsusiyyətlər daşıyırıq, bu nəticəyə gələ bilərik ki, əgər əhvalın yoxdursa, qəmgin musiqilər dinləmə, çünki sənin özün sudur, ətrafınla xoş rəftar et, çünki onun da suyunun yaddaşı var.
Daimi hərəkət halında olan su bizə Haydan xəbər verir.
Dəyişməyə, düzəlməyə cəsarəti olmayan insanlar davamlı olaraq içində olduğu haldan danışar. Yaşadıqlarını danışdıqca təkrar edər, amma təkrar etdiyindən xəbərdar olmazlar. Bu su qanunudur. Biz nəfsimizə ağır olsa da, dəyişməsək iylənəcək və yenə də özümüzə zərər vuracağıq.
Sözlər gücünü sudan alır. Ey insanoğlu! Sən susan!
Gücü istifadə edə bilmədiyimizdən, özümüzə ziyan vururuq. Su gücdür. Kəlimlərin gücünü anlamadan, nə özünü, nə gücünü, nə insanların gücünü, nə də qədəri anlaya bilərsən.
İnsan xeyri də, şəri də istəyir. Həyatımızı dəyişəcək güc var içimizdə.
Su enerjini duyur, danışır. Sadəcə duymaq üçün qulaqların eşitməlidir.
Bir əşyaya toxunduqda aldığımız enerji də bədənimizdəki suya qarışır, Allahı tapan gücünə qovuşur.
Su sirr, açarı isə Allahdır.
Suyumuz suyumuza bulaşır hər faydalı işimizdə.
Suyumuzun sevgi rənginə ehtiyacı var.
Faydasız işlər, insanlıq naminə atılmayan hər addım isə suyumuzu bulandırır.
Hiss etmirsənmi, dost?
SƏNDƏ SUYUN GÜCÜ GİZLİDİR.