“Perspektiv”

Perspektiv

Təhsilli və ali gələcək naminə bir qığılcım.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Təhsilli və ali gələcək naminə bir qığılcım olmaq istəyənlər üçün “Perspektiv” eko çantaları layihəsi icra olunmaqdadır.

Sözügedən layihə könüllü gəncləri və əmanətləri cəmiyyətə sosial töhfə vermək və yaradıcılıq adına bir araya gətirir.

İndidən çiçək əkməyi öyrənən uşaqlar gələcəyin ağac əkənləri olurlar.

Layihənin gedişatı:

Layihə iştirakçıları olan könüllü rəssamlar “Maidə tekstil”, yəni əmanətlərin anaları-dul xanımlar tərəfindən tikilmiş eko çantalar üzərində tekstil boyaları ilə müxtəlif rəsmlər çəkirlər.

İncə zövq və duyumla işlənmiş hər bir eko çantanın “Mülk” ilk sosial sahibkarlıq mağazasında, müxtəlif onlayn platformalarda və ölkəmizin müxtəlif bölgələrində keçirilən sərgilərdə satışı keçirilir.

“Perspektiv” eko çantaları layihəsindən əldə olunan gəlirlə atası dünyasını dəyişmiş abituriyent gənclərin təhsilinə dəstək göstərən “Elm ümmandır” təhsil təqaüdü proqramına dəstək olunur.

Sosial mediada bizi izləyə bilərsiniz.