Könüllü gənclərimiz arasında kitab müsabiqəsi keçirildi.

Könüllü gənclərimiz arasında kitab müsabiqəsi keçirildi.

“Qаnаdımızın bir ucundаn o birinədək bədənimiz görə biləcəyimiz fikir fоrmаsından ibarətdir. Fikrinizi buxovlayan zəncirləri qırın. O zaman bədəninizi buхоvlаyаn zəncirlərdən də azad olacaqsınız”… 
Karantin dövründə “Cığır” öz kitabsevər könüllülərini də unutmadan onları könüllülər arası kitab müsabiqəsi ilə bir fikir qanadlarında süzdürdü. Bu dəfəki səmamız tanınmış yazıçı Riçard Baxın “Conatan Livinqston adlı Qağayı” əsəri oldu və könüllü qəhrəmanlarımız fikir səmasında uçuş məşqlərini yerinə yetirərək öz məharətlərini sərgilədilər. “Cığır” “yarış bəhanə, oxumaq şahanə” deyərək kitab müsabiqəsini uğurla başa vurdu və dəyərli könüllülərimizi mükafatlandırdı.
32 nəfər könüllü gənc arasında keçirilən müsabiqəmizdə:
1-ci yer 100azn (2 nəfər)
2-ci yer 50azn (5 nəfər)
3-cü yerlər hədiyyə kitablarla təltif edildi.
ADU məzunu Nərmin Rzazadə və AZMİU tələbəsi Elbəy Əliyev də təşkilatçı kimi bu işdə böyük həvəslə çox yaxından iştirak etdilər. Təşkilatçılarımıza dərin təşəkkürümüzü bildiririk.
“Cığır” ailəsi olaraq qaliblərimizi də təbrik edir, daim Conatan kimi yüksəklərdə uçmaqlarını arzu edirik.
Qalib iştirakçılarımızın adları aşağıdakılardır:
1-ci yer:
Natəvan Əhmədli ( BDU tələbəsi)
Xanım Babayeva (ADU tələbəsi)
2-ci yer:
Yavuz Rüstəmov (ADAU tələbəsi)
İmdad Kərimli (ADMİU tələbəsi)
Fatimə Müslümzadə (BAAU tələbəsi)
Yeganə Şahbazova ( ADU məzunu)
Çingiz Baxşıyev (BDU tələbəsi)
3-cü yer:
Gülşən Rəhimli (BDU tələbəsi)
Nazlı Əkbərli ( ADPK tələbəsi)
Həcərxanım Əsgərova (WCU tələbəsi)
Abbas Quluzadə ( BDU tələbəsi)