“Kitabdan həyata,sözdən əmələ” konfransımız baş tutdu.

“Kitabdan həyata,sözdən əmələ” konfransımız baş tutdu.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin ən ümdə məqsədi cəmiyyətin mənəvi dəyərlərinin inkişafına dəstək olmaqdır.
Qadın ailədə aparıcı qüvvə olduğu üçün cəmiyyətdə özünü təsdiq etməklə cəmiyyət mənəvi dəyərlərinə sahib çıxmağı öyrənəcək.
3 fevral 2019-cu il tarixində Premier Expo Oteldə keçirilən konfransda “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi insanları “mənəvi dəyər” anlayışına qadın prizmasından baxmağa dəvət etdi. Cəmiyyətin mənəvi dəyərlərinin inkişafında qadınların rolu vurğulandı. Bu rolu öhdəsinə götürmüş qadınlar öz həyat hekayələrini bölüşdülər. Əsrlərdir cəmiyyətdə daim “zəif və zərif” çərçivəsinə sığdırılmış Qadının mübarizə rəmzinə çevrilmə yolları addım-addım göstərildi.

Leave a Reply