“Kitab təfəkkürün yorulmayan qanadlarıdır.” Conatan Svift hələ XVII əsrdə bu sözləri demişdi. İstər XVII əsr, istər texnologiya əsri olan XXI əsr olsun kitablar hər zaman insan təfəkkürünün qanadları olaraq qalacaqdır. Bu sözlərin əhəmiyyətini əməldə yerinə yetirən “Cığır” MDİD İB ən böyük layihələrindən biri olan “Kitab ətri” layihəsinin bağlanış tədbirini Sumqayıt şəhərində reallaşdırdı. Əmanətlərimiz Nəsimi qəzəllərini deməklə və “Nəsimi” filmindən səhnəciklər təqdim etməklə istedadlarının kiçik dünyalarına sığmayacaq qədər böyük olduğunu sübut etdilər. Təqdimatın sonunda “Kitab ətri” layihəsinin qalibləri mükafatlandırıldı. Mükafatlar “Cığır” İB-in nəzdində fəaliyyət göstərən “Mülk” xeyriyyə alış-veriş mərkəzi tərəfindən təmin olunmuşdur. Eyni zamanda layihənin reallaşmasında əməyi keçən müəllimlərə, analara və Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxanaya təşəkkürnamələr təqdim olundu.