29.12.2019-cu il “Cığır”-ın tarixinə və yaddaşlara “Oxu” təntənəsi günü olaraq həkk edildi. 6 ay boyunca davam edən “Kitab ətri” layihəmiz ölməz ruh Nəsiminin “Oyan, ey qafil oyan!” şüarını təkcə paytaxtımız ərazisində deyil, bütün Azərbaycan bölgələrində əmanət balalarımızın səsi ilə duyurdu. Və budur- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində səsimizə səs verən ölkə ziyalıları Şağan mədəniyyət evində layihəmizin bağlanış mərasiminə kimi kitab hədiyyələri, dəyərli sovqatlar, kimi də öz sözüylə, iştirakı, diqqət, sevgi və qayğısıyla kitab ətirli gül balalarımızın qalibiyyətlərini qeyd etməyə təşrif gətirdilər. Qonaqlarımız AMEA Ədəbiyyat İnstitutunun işçiləri, Akademiyanın Coğrafiya institutu nümayəndələri, GYF rəhbərliyi, Parlaq imzalar nəşriyyatı, TEAS Press, Libra, Akademkniq kitab evinə iştiraklarından və dəstəklarindən dolayı dərin minnətdarlığımızı çatdırır, qalib balalarımızı təltifnamələrlə, kitab xonçalarımızla və “Cığır” birliyinin ən böyük maliyyə dəstəkçisi “Mülk” xeyriyyə avm-in adından pul mükafatı ilə təbrik edirik. Unutmayaraq ki, uşaqlarımıza sərf edəcəyimiz ən böyük sərmayə elm, hikmət, bilik və sevgidir. Oxu günümüz mübarək olsun!