Cığır” əmanətləri ilə 21 aprel 2018-ci il tarixində Sabunçu MKS Zabrat qəsəbəsində yerləşən 4 saylı filial “28 may” adına uşaq kitabxanasının qonağı oldu.”Kitab ətri” layihəsinin sonuncu dəyirmi masası təşkil edildi.Kitabxana direktoru Vüqar müəllim “elm”,”oxumaq” haqqında geniş danışdı.Uşaqların öyrənmək,araşdırmaqla çox şey əldə edəcəklərini tövsiyyə etdi.
Vüqar müəllim dedi ki:”Layihə yekunlaşsa da,bura gəlməyiniz bizə xoşdu.Hətta deyərdim ki,tədbirlərdə sizi hər vaxt görmək istəyirik.”İctimai işlərdə iştirak etmənin uşaqlara faydasını anlatdı.
İyun ayının 1-i əmanətlərimizi “Uşaqları müdafiə günü” münasibətiylə kitabxanaya dəvət etdi.
“Oxu günü” haqqında sorğu-sual etdikdən sonra kompyuterdən keçən il H.Əliyev parkında keçirilən 3 -cü “Oxu günü” festivalınından kadrları bərabər izlədik.Bu festival uşaqların marağına səbəb oldu.
Bu son layihə olduğu üçün əmanətlərimizi kiçik bir imtahan etdik.Vərəq,qələm paylanıb,oxuduqları kitab haqqında qeydlər apardılar.📝📝📝
Kiçik çay süfrəsindən sonra uşaqlarımız “Oxu günü”ylə əlaqədar gözəl şeirlər,aforizmlər söylədilər.