“Kitab ətri” layihəsi Cığır İB-in ən önəmli və sevilən layihələrindən biri olmaqla bu il 3-cü dəfədir ki, həyata keçirildi. Pandemiya şəraiti ilə əlaqədar olaraq layihə bu il onlayn formatda könüllü tələbə və müəllimlərdən ibarət münsiflər heyətinin iştirakı ilə baş tutdu. Kitabsevər əmanət uşaqlarımız “Parlaq İmzalar” nəşriyyatının və “Cıģır” birliyinin sədri Yeganə Mirzəyevanın müəllifi olduğu “Təfəkkür cığırı”, “Quran işığında yetim” kitabları əsasında 3 ay ərzində hazırlaşdılar və fərdi sorğu ilə kitabların sorğu imtahanında həvəslə iştirak etdilər. Sonda kiçik kitabsevərlərimiz arasından qaliblər seçildi, mükafatandırıldı və təltif olundu.