Bildiyiniz kimi “Kitab ətri” layihəsi artıq yekunlaşır.
Bu layihə yenilikləri ilə hər kəsi özünə heyran edir.
Layihədəki ən böyük uğur dul qadın olan əmanət anaların öz təşəbbüsləri ilə işi idarə etmələridir.
Ürəkləri riqqətə gətirən bu hadisə “Cığır”ın öz məqsədinə qismən nail olmağının göstəricisidir.
Bazar günü “Cığır” İB-in himayəsində olan 40-a yaxın əmanət uşaqlarımız 3-cü esseni “Mənim anam fədakardır” mövzusunda yazdılar. Esse mövzusu təqdim ediləndə əmanətlərin üzündəki sevincə şahid olduq. Ana fədakarlığı onların qələminin – “Biz bu dünyada doğulanda Rəbbim bizə bir mələk endirdi. Mənim mələyim Anamdır. Anam mənim qəhrəmanımdır. O mənim sevincimin eyni zamanda xoşbəxtliyimin açarıdır.” -duyğulu cümlələri ilə ən gözəl şəkildə öz əksini tapdı.
Yaxşılıq adına təmənnasız olaraq öyrən və öyrət prinsipi ilə çıxış etmələri onların fədakarlığının ən bariz nümunəsidir.
Övladlarına motivasiya olan anaların möhtəşəm təşəbbüsü, sevgi dolu anları bizə də yaşatdı.