Əziz həmvətənlər, xeyrə tələsək! Bu günkü ən böyük çağırışımız bu olmalıdır. Quran deyir ki, “qəlblər Allahı zikr etməklə rahatlıq tapar.”
Bu çətin, sıxıntılı günləri də qəlb-qəlbə, əl-ələ verib Allahın izni ilə keçəcəyik.
Allahı zikr xeyrə tələsməyimizdir.
Elə isə xeyrə tələsək. Başqalarına yardıma tələsək.
Sədəqələrlə təmizlənək. Yetimlərin duası ilə qorunaq.
Zaman paylaşım zamanı.
Dəyərli insanlar!
“Cığır” MDİD İB ailəsi koronovirusla mübarizə cəbhəsində yeni iş planı hazırladı. Ağır günlərdə ehtiyaclı insanların yanında olmaq ən böyük mənəvi dəyərimizdir.
Artıq neçə gündür ki, gücləndirilmiş iş rejimi ilə “Cığır” himayəsində olan yetimləri ziyarətdədir.
Sədəqələrimiz neçə yetim könlünün sevinməyinə, neçə dul ananın üzünün gülməyinə vəsilədir.
Bu lütfdən məhrum etməyək qəlbimizi.
Məhrum etməyək ki, qəlbimiz rahatlıq tapsın.
Zaman vətən üçün, millət üçün qəhrəmanlıq və fədakarlıq zamanıdır
Əmanətlərimizə ərzaq paketlərinin çatdırılması bugün də xeyirdə yarışan, paylaşma və sədəqə vermə sevgisini qəlbində daşıyan insanlarımız sayəsində davam edir. Könüllülərimiz bugün də əmanət qapısını döyərək yetim və dul ana qəlbində yeni ümidlər, yeni sevgi və təşəkkür toxumları cücərtməyə tələsdi. “Yaxşılıq etməkdə və pislikdən çəkinməkdə bir-birinizlə yardımlaşın” ayəsini rəhbər tutan “Mülk” mağazamız əmanətlərimizin zəruri gündəlik qida tələbətlarını ödəmək üçün gücləndirilmiş iş rejiminə keçir, könüllülərimiz isə əmanətlərin səsinə səs verir. Yetim gülərsə, dünya gülər, gəlin birlikdə dünyamızı güldürək.
3 gün ərzində könül xoşluğu ilə verilən sədəqələrlə söyüd olmağa çalışdıq. Karantin müddətində ailələrin maksimum evdə qalmasını təmin etmək üçün sosial yardımlar etməyə çalışdıq.
3 gün ərzində ziyarət etdiyimiz ailə və uşaq sayını nəzərinizə çatdırırıq:
29.03.2020
5 ailə (12 uşaq)