Necə deyiblər- “Birlik içində əriyən, hər işdə müvəffəq olar”.
“Cığır” MDİD İB ailəsi olaraq bir daha şahid olduq ki, güc birlikdə-ailə olmaqdadır. Qan qohumluğu deyil tək gərək, qəlblərin sözlərsiz rabitə qurduğu toplumda sevgi söhbət açar, dillər susar…
İki dövlət bir millət olmanın sirri də məhz buradadır.
Belə ki, İstanbul şəhərində fəaliyyət göstərən “Hayırda yarışan kadınlar” qrupu 44 günlük müharibə müddətində Azərbaycan əsgərlərinə ruh yüksəkliyi olmaq üçün Azərbaycan bayrağının rəngində yun qış papaqlar toxumuşdular.
Müharibə başa çatdığı üçün papaqları zamanında sahiblərinə təhvil vermək mümkün olmadı.
“Yardımeli Derneği Anadolu Yakası” könüllülərindən məsul Özgül Üzümcü xanım vasitəsilə həmin papaqlar “Cığır” İctimai Birliyinin əmanətlərinə hədiyyə edildi.
Şüheda Şark xanımın “Bayraqları başlarında gəzdirsin gül balalar” sözlərinə “Cığır” İctimai Birliyinin icraçı direktoru Nüşabə Hüseynova “Əmanətlər sahiblərinə çatdırılacaq”- deyə söz verdi.
Qardaş Türkiyəyə hər zaman yanımızda olub həm mənəvi, həm maddi dəstək olduqları üçün minnətdarlığımızı çatdırır və təşəkkürlərimizi bildiririk.