“İşığım sən ol” himayə konfransı 3 ildən sonra canlı şəkildə baş tutdu.
Həm zəfər gününün sevinci, həm də 3 il sonra canlı konfransın həyəcanı hər birimiz üçün çox özəl idi.
İşığını tapmağa toplaşan hər bir kəsin simasındakı təbəssüm, qəlblərdə mərhəmət qığılcımlarının oyanmasına səbəb oldu. Himayəçi qruplarının təşkilatçıları fikir və duyğularını bölüşərək bu yolun səadətindən bəhs etdilər.
7 illik bu cığırda əmanətlərin işığının insanların qəlblərində məskən salması üçün addımlayırıq.
Məkan dəstəyinə görə “Manipura” kafesinə dərin minnətdarlığımızı bildiririk!
Əziz izləyicilər, sizi də gələn həftələrdə baş tutacaq himayə konfransında öz işığınızı tapmaq üçün iştirak etməyə səsləyirik!