“İnşirah” Psixoloji Mərkəzinin daha bir terapiyası təşkil olundu.

“İnşirah” Psixoloji Mərkəzinin daha bir terapiyası təşkil olundu.

İnşirah Psixoloji Mərkəzimizin könüllüləri bir araya gələrək daha bir maraqlı və maarifləndirici qrup terapiyası keçirdilər.

İki fərqli yaş qrupu ilə keçirilən terapiyalarda ilk olaraq 7-9 yaş arası uşaqlarla duyğular mövzusunda maraqlı yarışma təşkil etdik.

Yeniyetmələr isə “Heç vaxt/etmişəm” oyunu vasitəsilə bir-birlərini daha yaxından tanımaq və öz təcrübələrini bölüşmək imkanı qazandılar. Terapiya zamanı iştirakçılar müxtəlif peşə seçimləri haqqında daha çox məlumat əldə etdi, psixoloji test vasitəsilə hər bir yeniyetmənin maraq və bacarıqları qiymətləndirildi və onlara uyğun peşə istiqamətləri müzakirə olundu.

Hər iki terapiya iştirakçıların sevinci və enerjisi ilə daha da rəngləndi!