“İnşirah” psixoloji mərkəzi yeniyetmələrlə qrup terapiyalarına start verdi.

“İnşirah” psixoloji mərkəzi yeniyetmələrlə qrup terapiyalarına start verdi.

Yeniyetmələrlə 1 aylıq qrup terapiya proqramımız başladı!

Terapiya proqramımızda yeniyetmələrdə emosiyaların tanınması və idarəsi, həmçinin öz-refleksiya bacarıqlarının inkişafı və mənəvi dəyərlərin aşılanması hədəflənmişdir.

İndiyə qədər keçirilən terapiyalarda “Medallar şəhəri”, “Mən kiməm?” oyunları və mövzular üzrə müzakirələr proqramın əsas hissəsini təşkil etmişdir.
Müzakirələr və oyunlar nəticəsində yeniyetmələrdə emosiyaları tanımaq və idarə etmək, həmçinin öz-refleksiya bacarıqları inkişaf etdirilmişdir.