“Hüsnü-Üns” layihəmiz ilə yenidən qarşınızdayıq

“Hüsnü-Üns” layihəmiz ilə yenidən qarşınızdayıq

Əziz izləyicilər!

Yenidən “Hüsnü-Üns”yaradıcılıq layihəmizlə qarşınızdayıq.

Qrafik dizayner Elbəy Əliyevin müşayiəti ilə Manipura kafedə baş tutan “Hüsnü-Üns” layihəmizdə könüllülərimiz və əmanətlərimiz öz yaradıcı, ilhamverici fikirləri ilə eko çantalar üzərinə müxtəlif maraqlı cəlbedici rəsmlər çəkdilər. Memar Qumru Mirzəliyeva, rəssam Pərvinə Əli iştirakları ilə görüşümüzə rəng qatdı.

Könüllülərimiz və əmanətlərimiz tərəfindən hazırlanan çantalara baxdıqda onların əməyini, incəsənətə olan həvəsini və marağını aydın şəkildə hiss edirik.

Yaradıcılıq layihəmizdə Yeganə Mirzəyeva “Mərhəmət” mövzusunda çıxış etdi. O cəmiyyətə qarşı sevgi hissini aşılamağı, mərhəmətlə cəmiyyətin daha da gözəl şəkildə dəyişəcəyini öz fikirlərində qeyd etdi.