İnsan resurslarının əsas dəyərlərindən biri insan qazanmaqdır.
Azərbaycan Diplomatiya Mərkəzinin direktoru Fərid Məmmədov insan resursları sahəsində gənclərin maariflənməsi və inkişafına daim dəstək göstərməkdədir.
Belə ki, Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən keçirilən HR Qlobal Forumunda Fərid bəy ataları dünyasını dəyişmiş uşaqlara 9 ildən çoxdur ki, maddi-mənəvi dəstək göstərən “Cığır” MDİD İB-nin idari heyəti və gənc könüllülərinin Forumda təmənnasız şəkildə iştirakına şərait yaradıb.
Birliyin təsisçisi, BDU, fil.ü.f.dok., Yeganə Mirzəyeva qeyd edir ki, “İnsan qazanmaq fərdi məsuliyyət düşüncəsi ilə kifayətlənməyib sosial məsuliyyət duyğusuna sahib olmağı tələb edir. Hazırda aktual sahələrdən biri olan İnsan resursları sahəsində “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyini sosial dəyər olaraq sosial məsuliyyət düşüncəsinə şahid etdiyi üçün könüllülər və idarə heyəti adından Fərid bəyə təşəkkür edirik.
Belə gənclərimizin olması güclü iqtisadiyyat və güclü insanlığı olan cəmiyyətə müvəffəq olacağımız ümidini artırır. Bu yolda gənclərə hərtərəfli qayğı və diqqət göstərmək sosial məsuliyyətimizdir”.