“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi baş tutdu.

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi baş tutdu.

8-10 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi baş tutdu.

“Baku Crystal Hall”da keçirilən sərgidə 150-dən çox yerli şirkət öz məhsullarını təqdim etdi və 20 minədək ziyarətçi qarşıladı. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

3 gün davam edən sərgi çərçivəsində həmçinin 1500 iş adamı və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə konfranslar keçirildi. Konfranslarda sahibkarlıq, biznes və iqtisadiyyatın müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olundu.

İctimai birlik olaraq biz də sosial sahibkarlıq layihələrimizlə sərgidə iştirak etdik.

Təşkilati rəhbərliyinə sərgidə iştirakımıza yaratdığı şərait üçün təşəkkür edirik.