“Hekayəmə şahid ol” layihəsinin 4-cü görüşü keçirildi.

“Hekayəmə şahid ol” layihəsinin 4-cü görüşü keçirildi.

“Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik.”

“Hekayəmə şahid ol” layihəsi 4-cü görüşünü “Fidan” tələbə qızlar yurdunda həyata keçirdi. Şuşa uğrunda gedən döyüşlərdə özünü fəda edən Tofiq Kərimovun həyat hekayəsini bizə onun xanımı Süsən Kərimova danışıb.

Şəhidimizin dəyərli xanımı Süsən xanım şəhidimizin həyat yolundan, etdiyi şücaətindən, qəhrəmanlığından, insanlara, təbiətə, hevyanlara qarşı olan mərhəmətindən bəhs edib. Şəhidimizin ailəsinə dəyəri fərqli olub, o öz həyat yoldaşına ibadət qaydalarına həssaslığı öyrədib və onun sevgisini artırıb.

Süsən xanımla olan görüşümüz hər bir qızda fərqindəlik yaradıb və kiçik də olsa toxunuşlara səbəb olub.