“Hekayəmə Şahid Ol” adlı növbəti görüş keçirildi.

“Hekayəmə Şahid Ol” adlı növbəti görüş keçirildi.

“Hekayəmə şahid ol” layihəsi növbəti görüşünü “Fidan” tələbə qızlar yurdunda həyata keçirdi.

Hər insan həyatı ilə bir əsər yazır. Şəhid həyatı şahid olmağa gəldiyimiz həyatımızın ən nümunəvi əsəridir. Elə 44 günlük II Qarabağ savaşından sonra tanış olduğumuz baş çavuş, şəhid Sahib Məmmədovun həyatıdır. Onun bu fədakar həyatını bizə ömür-gün yoldaşı Gülnar xanım danışdı.

Gülnar xanım “Fidan yurdu” tələbələrinə şəhidimizin həyat yolundan, qəhrəmanlığından sevgilə bəhs edib. Sahib və Gülnar cütlüyünün həyat yollarının qovuşmasından da söhbət açan şəhid xanımı qeyd edib ki, onların evlilikləri əslində bir o qədər də asan olmayıb, lakin şəhidimizin və Gülnar xanımın səbri bu ailənin təməlini qoymağa yetib.

2 saat davam edən görüşümüz hər bir gənc tələbələrimizin qəlbində bir toxunuşa səbəb oldu və onların mənəvi dəyərlər dünyasına dəyər qatdı.

Şəhidimizə Salam olsun!🌸