“Hekayəmə Şahid ol” adlı görüşümüz

“Hekayəmə Şahid ol” adlı görüşümüz

II Qarabağ savaşında şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin hələ sağ ikən açdığı xeyir cığırını bu gün xanımı Gülnarə Baxşəliyeva canla-başla davam etdirir.

Şəhidimiz, sözsüz ki, yaşadığı həyat və xeyir əməlləri ilə gənc nəslə böyük miras qoymuşdur.
Elə yaxın günlərdə Gülnarə xanım da Birliyimizin nəzdində fəaliyyət göstərən “Fidan” tələbə qızlar yurdunu ziyarət edərək gənc xanım tələbələrimizə həyat yoldaşının qəhrəmanlıq hekayəsini nəql edib.

Müxtəlif universitetlərdə təhsil alan tələbələrimiz öz təəssüratlarını bölüşərək qeyd ediblər ki, hələ onlar uşaq olarkən Silahlı Qüvvələrdə qulluq edən qohum-əqrəbalarının dilindən Baxşəliyevin necə də qayğıkeş, mehriban və gülərüz bir komandir olduğu barədə çox eşidirlərmiş…

2 saata yaxın davam edən görüşmüz olduqca təsirli və yadda qalan olmaqla bərabər, hər birimizin mənəvi dəyərlər dünyasına dəyər qatdı.
Gülnarə xanım xüsusi həyəcan və sevgilə ömür- gün yoldaşı Qərib müəllimdən bəhs etdiyi hər cümlənin hər biri xəzinə olan gənclərimizin həyatında daim çıraq olacağına əminik.

Şəhidimizə Salam olsun!