Cümə günündə, Allahın əmanətləri ilə elm dəryasında cəm olduq. Könüllü tələbələr təqdimatlarla, oyunlarla yenidən əmanətlərin görüşündə birləşdilər. Müxtəlif bölgələrdə yaşayan əmanətlərimiz ilə yeni biliklərə cığır açdıq.
Bu dəfəki görüşdə uşaqlar onlara hədiyyə olaraq göndərilən kitablardan oxuduqlarını bizimlə müzakirə etdilər. Uşaqlar kitablardan ən sevdikləri hissələr haqqında bizimlə bölüşdülər.
Külək özü ilə bərabər gözəlliklər gətirir…
Əmanətlərimiz ilə külək və xəyallardan danışdıq. Külək ilə yaxından tanışandan sonra onun haqqında maraqlı məlumatlar əldə etdik. Onlarla olan söhbətimizdən “süfrədən doymadan qalxın” Peyğəmbər (s.ə.s)-in ifadəsinə uyğun dərsimizi sona yetirdik.
Ev tapşırığı olaraq isə onlara xəyallarını canlandırmağı verdik və xəyallarına aid şəkil çəkmələrini xahiş etdik. Onların düşüncələri bizim üçün ən dəyərli xəzinədir..