Əmanətlərimizlə görüşdə tələbələrin bu dəfəki mövzusu “Sosial iş” oldu.

Əmanətlərimizlə görüşdə tələbələrin bu dəfəki mövzusu “Sosial iş” oldu.

Əmanətlərimizlə həyata keçirilən hər görüşə xüsusi diqqətlə hazırlaşan könüllü tələbələrimiz bugünki görüşü ən aktual mövzulardan biri olan Sosial iş haqqında müzakirəyə həsr etdilər. Söhbətimizə maraqlı giriş etmək üçün uşaqlara gələcəkdə hansı peşə sahibi olmaq istədiklərini sorğu sual etdik. Daha sonra “Sosial iş nədir?”, “Sosial iş təcrübəsinin əhəmiyyəti və etik prinsipləri nədən ibarətdir?” kimi suallara cavab tapmaq üçün birlikdə təfəkkür etdik.
İllər keçdikcə sosial işin özündə birləşdirdiyi səmimilik, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyəti barəsində faydalı söhbətlər apardıq.
Sevimli balalarımızın hər seçilən mövzuya ciddi yanaşması və qazanılan bilikləri vaxtaşırı şəkildə təkrar etməsi bizlərin də onlara qarşı qayğı və məsuliyyətinin daha da artmasına səbəb olur.