“GülBazaar” şirkəti ilə “Cığır” İB-nin əməkdaşlığı çərçivəsində bir günlük yardım kampaniyası keçirilib.

Belə ki, kampaniyada “Cığır” İB qeydiyyatında olan ataları dünyasını dəyişmiş 20 yeniyetmə floristlərlə birgə müxtəlif gül buketləri hazırlayıb və şirkətin Nərimanov, həmçinin Əhmədli filiallarındakı mağazalarında satışı keçirilib.

Kampaniyada ümumilikdə 2265 AZN gəlir əldə olunub. Bu gəlir “Cığır” İB qeydiyyatında olan ataları dünyasını dəyişmiş 1-ci sinif uşaqların məktəbli ləvazimatlarının alınmasına dəstək məqsədli sərf olunacaq.

Birliyimiz adından “GülBazaar” şirkəti rəhbərliyi və kollektivinə göstərdiyi xeyirxah sosial təşəbbüs və dəstək üçün xüsusi təşəkkür edir, əmanət balaların hər zaman sevincinə vəsilə olmağı arzu edirik!