“Gözəl düşüncə” layihəsində bu həftə “Sosial iş və Quran” müzakirə olundu.

“Gözəl düşüncə” layihəsində bu həftə “Sosial iş və Quran” müzakirə olundu.

Bu həftə “Gözəl Düşüncə” layihəsində Bakı Dövlət Universiteti, Sosial iş ixtisasının 3cü kurs tələbəsi Gülşən Rəhimovanın təqdimatında “Sosial iş və Quran” mövzusu bizi bir daha gözəl düşünməyə sövq etdi. İnsanın sosial varlıq olduğu, daimi olaraq sosial işlərdə fəaliyyətin insan üçün vacib olduğu, sosial işin tarixi və əhəmiyyəti haqqında geniş məlumat verən tələbəmiz eyni zamanda Quranın insanlara sosial işlə məşğul olmalarını, xeyriyyəçilik fəaliyyətlərini göstərmələrini tövsiyə və əmr etməsindən də söhbət açdı. Daha sonra layihənin iştirakçıları ilə birlikdə sosial işin həyatımızdakı nümunələrindən, “Cığır”dakı sosial iş və sosial layihələrdən söhbət açıldı və maraqlı diskusiya yarandı.