07.02.2021-ci il tarixində “Gözəl düşüncə” layihəsi dinləyicilərinin heyranlığına səbəb olacaq, onları dərin düşüncələrə sövq edəcək mövzu ilə görüşümüzə gəldi.
BAU Regionşünaslıq fakültəsi 3-cü kurs tələbəsi İbrahimxəlilova Səbinə hazırladığı təqdimatı ilə maraqlı “Avrora (qütb parıltısı) və Quran hikməti” mövzusu ilə bizləri göy üzünün sehirli aləminə seyrə çıxardı.
Qütb parıltısı nədir?Yaranma səbəbi, ən çox görüldüyü yerləri və vaxtını, həmçinin, yer üzünə təsiri, onun bilmədiyimiz nəticələrini sadə dillə izah edərək təfəkkürsevərləri dəyərli məlumatlarla heyran qoydu. Təqdimatçı möcüzəvi görünüşə malik Avroranın necəliyini və həyatımızda əksini Quran ayələrinə əsaslanaraq daha da aydınlaşdırdı. “Bizim xeyir bildiklərimizdə şər, şər bildiklərimizdə xeyir var”– ayəsinin mənası üzərində dayanan təqdimatçı bizləri rəngarəng şüaların gündəlik yaşamımıza təsirlərini daha diqqətli incələməklə faydalı olan nəticəni tapmağa dəvət etdi.