“Gözəl düşüncə” layihəsi çərçivəsində “Elektrik və Quran” mövzusu təqdim edildi.

“Gözəl düşüncə” layihəsi çərçivəsində “Elektrik və Quran” mövzusu təqdim edildi.

Azərbaycan Texniki Universiteti Elektrik Mühəndisliyi fakültəsinin tələbəsi Ramil Məmmədov “Gözəl düşüncə” layihəsi çərçivəsində əmanətlərimizə “Elektrik və Quran” mövzusunu təqdim etdi. Enerji, dalğa və elektrikin kəşfi bəşər övladı üçün misilsiz üfüqlər açdı və dünyanın taleyini kökündən dəyişdi.
Kainat, dünya və insan bədəni dalğa və enerjidən ibarətdir. Bədənimiz mükəmməl bir elektrik enerjisi istehsalı və paylama şəbəkəsi ilə təchiz edilmişdir. İnsan bədəni həyati funksiyalarını yerinə yetirmək üçün bir elektrokimyəvi enerji sistemindən istifadə edir.
Bədənimizin elektriklə işləyən hissəsi sinir sistemidir. Qəza və ya bu kimi vəziyyətində də bədənimiz elektrik enerjisi istehsal edir və həyati fəaliyyətlərini istehsal etdikləri elektrik enerjisi ilə davam etdirir.
Canlılardakı bu elektrik sistemi metalların elektrik sistemlərindən daha çox üstünlüklərə malikdir.
Bu üstünlüklərdən biri bioloji sistemlərin özünü təmir etdirmə qabiliyyətidir.
“Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.” (Rum surəsi, 24)