“Gözəl düşüncə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi İmdad Kərimli ” 25-ci kadr və Quran” mövzusu ilə çıxış etdi. Şüuraltı nədir, televiziya və marketinqdə 25-ci kadrlar vasitəsi ilə şüuraltımıza necə təsir olunur, bu təsirlərdən qorunmaq və şüuraltımızı- Allahın insanlara verdiyi təmiz fitrəti- təmizləmək üçün Quran bizə nəyi öyrədir mövzuları müzakirə olundu.