“Gözəl düşüncə” layihəsinə start verdik.

“Gözəl düşüncə” layihəsinə start verdik.

“Salam yurdu” təlim-tədris mərkəzimizdə sevgili Ramazan ayının gəlişi ilə “Gözəl düsüncə” layihəsinə start verildi. Layihədə:
1. Cəbr və həndəsə;
2. Fizika;
3. Kimya;
4. Biologiya;
5. Azərbaycan dili;
6. Coğrafiya fənnləri üzrə Quranda əks olunmuş və təsdiqini ayələrdə tapmış elmi tədqiqatlar fərdi üsullarla şagirdlərə öyrədiləcək. Layihədə müəllim və şagirdlər üçün 3 yer nominasiyası nəzərdə tutulub. Məqsəd bütün elmlərin qaynağı olan Quranın fəzilətini öyrənmək və öyrətmək, könüllü müəllimlərə və şagirdlərə unudulmaz təcrübələr yaşatmaqdır. Layihə çərçivəsində ilk dərs AMEA Coğrafiya institutunun əməkdaşı coğrafiya üzrə fəlsəfə elmləri doktoru Sevinc Məmiyeva, ikinci dərs BDU İslamşünaslıq elmi tədqiqat mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyevanın “Estetika haqqında anlayış” və 3-cü dərs BDU könüllü tələbələrinin fizika fənni üzrə oldu. 

 

Leave a Reply