“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi”

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi”

05.02.2022-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi müsabiqəsində kiçik qrant mükafatına layiq görülən “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin açılış mərasimi baş tutdu.
GYF-nin konfrans zalında baş tutan açılış mərasimində “Cığır” MDİD İB-nin idarə heyəti, Mədəniyyət Nazirliyinin nümayəndəsi, Milli Elmlər akademiyası işçiləri, Parlaq İmzalar Nəşriyyatı, İpək Yolu nəşriyyatı, Kitabçı kitab evi, TEAS Press Nəşriyyat Evi, Libra Kitab nəşriyyatının nümayəndələri, yazıçılar Əziz Sultan, Amin Orucov, kitabxana işçiləri, Eurasia Diary – Azerbaycan mətbuat orqanı və onlarla könüllü gənclər iştirak etdi.
Təşkil olunan mərasimdə qonaqlar icrası müxtəlif rayonlarda nəzərdə tutulmuş layihənin həyata keçirilmə mərhələləri ilə tanış oldular, ideyalarını, təəssüratlarını dilə gətirdilər.
“Cığır” MDİD İB-nin 2015-ci ildən bəri mütəmadi olaraq təşkil etdiyi müxtəlif oxu layihələri, müsabiqələri video-çarxlarla izləyicilərə təqdim edildi. Layihə təşkilatçıları Yeganə Mirzəyeva, Sevinc Məmiyeva, Gülnar Rüstəmova, Günel Ələkbərova, İmdad Kərimli, Elbəy Əliyev layihənin müxtəlif qolları üzrə iş haqqında, layihənin ölkəmiz üçün əhəmiyyəti haqqında qonaqları məlumatlandırdılar.
Açılış mərasimi oxu mədəniyyətinin gənclər və yeniyetmələr arasında təşviqinin uğurla həyata keçirilməsi haqqında qonaqların ürək sözləri ilə sona çatdı.