Cəmiyyətin faydalı üzvlərininin içindəki ilhamını aşkara çıxaran “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin növbəti hesabat görüşü keçirildi.
İclasda layihənin keçirildiyi kitabxanalarda iştirak edən mütaliə rəhbərləri, oxu könüllüləri və “Cığır” MDİD İB-nin sədri Yeganə Mirzəyeva, eləcə də Birliyin həmtəsisçisi Gülnar Rüstəmova keçən baş tutan hesabat iclasından bu günə kimi qarşıya qoyulan vəzifə və görülən işlər barəsində tam ətraflı məlumat üçün sözü aktiv layihə könüllülərinə verdilər.
İclas boyunca hər bir könüllü təyin olunduğu kitabxanalardakı fəaliyyəti, mütaliə edən uşaqların oxuda iştirak etmə davamiyyəti, kitab evlərinin layihəyə münasibəti ilə bağlı təklif, tənqid, təqdir və iradını bildirdi.
Gənclərin layihənin ən faydalı şəkildə baş tutması üçün göstərdikləri qayğı və diqqət, həmçinin oxunun ətrinə toplaşan zəhmətkeş arı kimi bu ətrin daha çox uşağa çatması üçün əlindən gələni etmələri bizi ürəkdən qürurlandırır.
Artıq sonuna yaxınlaşdığımız “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin müsabiqə və bağlanış mərasimlərinə qədər daha bir neçə iclaslarda toplanaraq ilhamlanıb yeni vəzifələrin üstələnməsi üçün qərarlar verildi.