Əyləncəli və öyrədici yay məktəbimiz davam edir.

Əyləncəli və öyrədici yay məktəbimiz davam edir.

 Bir-birindən maraqlı dərslərlə, ruhları müxtəlif dünyaların rəngində olan uşaqlarla, qəlblərində sevgi ilə uşaqların dünyasına işıq olan müəllimlərlə birlikdə yay məktəbimizə start verdik.

“Salam Yurdu” TTM-nin hazırladığı “Yay məktəbi”-nin 2 həftəlik proqramında istər müxtəlif universitetlərdən professional müəllimlər, istərsə də gənc “Cığır” könüllüləri uşaqlara öyrənməyi sevdirir.

Dərslərdə əyləncə ilə yanaşı kreativlik, həm də mənəvi-fəlsəfi dünyagörüş və bacarıq şagirdlərdə yüksək səviyyədə inkişaf etdirilir.

Yay məktəbi çərçivəsində təşkil olunan master-klas uşaqlarda əl matorikasının inkişafına, rəsm dərsləri terapiyalar, təxəyyül dünyalarının əks etdirilməsinə, mütaliə, nağıl, film saatları isə uşaqların özünüifadə bacarığına, müəyyən mövzu ilə əlaqədar fikir mübadiləsi aparmaq qabiliyyətinə, riyaziyyat, ingilis dilinin isə öyrənilməsinin ən sadə yollarının kəşfi uşaqlarda özünəinam hissinin yaranmasına şərait yaradır.

“Cığır” İB sədri Yeganə Mirzəyeva tərəfindən keçirilən mərifət dərsləri də uşaqlara ədəb-əxlaq qaydaları ilə yanaşı yaxından müşahidə nəticəsində izlənilən problemlərin də həlli istiqamətində müxtəlif ibrətli söhbətlər aparılır.

Məqsədimiz-balaca dostların sərhəd tanımayan dünyasında xeyirli toxumlar əkməkdir ki, bu toxum sevgiyə, mərhəmətə, gözəlliyə, paylaşmağa, birliyə doğru cücərir.