“2 fevral-Azərbaycan gəncləri günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Əyləncə və yeni təcrübələr” İnklüziv Gənclər Festivalı keçirilib.
Festival müxtəlif əlillik dərəcələrindən olan yeniyetmə və gənclərin iştirakı ilə konsert proqramından və hamının böyük marağına səbəb olan beş fərqli master-klassdan ibarət olub. Master-klasslarda gənclər müxtəlif incəsənət növləri ilə tanış olub, öz bacarıqlarını sınayıblar.
Sosial sahibkarlıq layihəmiz olan “Bağbanın bağçası” könüllüləri də baş tutan tədbirdə iştirak edib.